Ankara TƏHLÜKƏ ALTINDA: sakinlərə SMS-lə xəbərdarlıq göndərildi

 

Türkiyənin paytaxtı Ankarada güclü leysan gözlənilir, daşqın təhlükəsi var.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Meteorologiya idarəsindən verilən məlumata görə, güclü yağışlar proqnozlaşdırılır.

Sinoptiklər günün ikinci yarısında, xüsusən də paytaxtın cənub və şərqində şimşək çaxacağını proqnozlaşdırırlar. Ankara sakinləri artıq hava xəbərdarlığı ilə bağlı SMS xəbərdarlığı alıblar.(publika.az)

 

0.18673706054688