ABŞ-Türkiyə müttəfiqliyi bərba olunur - Bloomberg

 

Böyük ABŞ-Türkiyə hərbi təlimlərinin keçirilməsi, eləcə də ABŞ Nümayəndələr Palatasının üzvlərinin Türkiyəyə səfəri göstərir ki, hər iki tərəf çoxdankı müttəfiqliklərini bərpa etməyə can atırlar. 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Nəşrin yazdığına görə, Türkiyə Yeni Dehlidə keçiriləcək G-20 sammiti çərçivəsində Ərdoğan və Bayden arasında görüş təşkil etməyə çalışır: “Rəsmilər bildiriblər ki, Türkiyə birgə hərbi təlimi Vaşinqtonun Ankaranın NATO müttəfiqi kimi münaqişənin hökm sürdüyü bölgədəki əhəmiyyətini tanıması kimi görür. Amerika tərəfinin xoş niyyətinin daha bir sübutu Ərdoğanın “Bayraktar” pilotsuz təyyarələrinin hazırlanmasına rəhbərlik edən kürəkəninin “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinə dəvət edilməsidir”.

0.17844009399414