İrəvanla Bakı arasındakı birbaşa dialoq münaqişənin həllində yardım edə bilər - Miller

 

Uzun müddətdir davam edən bu münaqişənin həlli üçün Ermənistan və Azərbaycan arasında birbaşa dialoq lazımdır. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Ermənistanın Azərbaycana qarşı sonuncu təxribat cəhdlərini şərh edərkən deyib.

“Münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”, - Miller bildirib.

 

0.16533708572388