Ukrayna ilə bağlı yeni plan hazırlanıb

 

Almaniyanın Ukrayna münaqişəsi ilə bağlı ehtiyat planı üzə çıxıb.

Demokratikmusavat.com xəbər verir ki, Almaniya hakimiyyəti Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqların mümkünlüyünü analitik mərkəz ekspertləri ilə məxfi şəkildə müzakirə edir. Almaniya üçün belə bir ehtiyat planını "The New York Times"(NYT) üçün köşə yazısında jurnalist Stiven Erlanqer açıqlayıb.

Ekspert qeyd edir ki, Qərb ölkələri Kiyevin əks-hücumunun uğursuzluğundan getdikcə daha çox məyus olur və münaqişəyə son qoymaq üçün “B planı” tapmağa çalışırlar. Lakin Berlin və Vaşinqton ehtiyat edir ki, Qərb Rusiyanın iştirakı ilə danışıqlara başlasa, Moskva bu addımı zəiflik əlaməti hesab edəcək.

“Almaniya rəsmiləri münaqişəni sülh yolu ilə nizamlamağa çalışır və Rusiyanın danışıqlar masasına necə gətirilə biləcəyini araşdırırlar, lakin bunu yalnız güvən və etibarlı beyin mərkəzləri ilə edirlər”, - köşə yazısında qeyd olunur.

Erlaqger əlavə edib ki, Rusiya Qərbə etimad göstərmir və indi yalnız BRICS tərəfdaşlarının(Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) sülh təşəbbüslərini dinləməyə hazırdır.

Bundan əvvəl fransız siyasətçisi və publisist Lük Ferri bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğu səbəbindən Rusiya ilə danışıqlar qaçılmaz nəticəyə çevrilir. Belə ki, o, Ukrayna böhranının həlli ilə bağlı Fransanın keçmiş prezidenti Nikola Sarkozinin mövqeyini dəstəkləyib.

 

0.17212605476379