Taliban tələbə qızların "arzusunu ürəyində qoydu"

 

Talibanın qadınlara tətbiq etdiyi məhdudiyyətlərə hər dəfə yenisi əlavə olunur. 

Demokratikmusavat.com xarici mediaya istinadla xəbər verir ki, iyul ayında Birləşmiş Ərəb Əmirliklərində universitet təqaüdü qazanmış 60 əfqan qadının ölkəni tərk etməsinə icazə verilməyib. 

Təqaüdləri 2022-ci ildə dubaylı milyarder iş adamı Şeyx Xələf Əhməd Əl Habtur elan edib. 

Lakin bundan yalnız xaricdə yaşayan əfqan qadınlar yararlana bilib.

Belə ki, tələbələrdən biri ailəsinin kişi üzvləri ilə hava limanına gedib. Lakin Taliban rəsmiləri onlara tələbə vizası ilə çıxışına icazə verilməyib. 

Həmçinin qadınların təkbaşına səfərə buraxılmaması nəzərə alınaraq, bir çox qadın hava limanından geri qaytarılıb.

Universitet və Şeyx Xələf Əhməd Əl Habtur tələbələrin ölkədən çıxılmasına qadağa qoyulduğunu təsdiqləyib. 

Günay

 

0.15978288650513