“Dövlət rəmzinin təhqir olunması istənilən ölkədə cinayətdir” - Nahapetyan

 

Ermənistanın ehtiyatda olan polkovniki Azərbaycan tərəfinin üç ermənini saxlamasının normal addım olduğunu deyib.

Demokratikmusavat.com xəbər verir ki, hərbi ekspert Hayk Nahapetyan “Hraparak”ın nəşrinə müsahibəsində belə təhqiramiz hərəkətlərin istənilən ölkədə cinayət sayıldığını dilə gətirib.

“Azərbaycanlılar üç gənci saxlayıblar, üstəlik, video da var - bunlar Martuni (Xocavənd - red.) rayonunun tələbələridir, futbolçulardır və onlar stadiona daxil olmamışdan əvvəl yerə sərilmiş Azərbaycan bayrağının üzərində gəziblər. Dövlət rəmzinin bu cür təhqir olunması istənilən ölkədə cinayət sayılır”, - o söyləyib.

Qeyd edək ki, onlar “Laçın” SNB-dən keçərkən saxlanılıblar. Həmin gənclər etdiklərinə görə təəssüfləndiyini bildirib. Onların 10 gün müddətinə azadlıqdan məhrum olunduğu qeyd edilir.

0.36287188529968