Avropada temperatur 30 dərəcə düşdü: hər yer ağappaq oldu - VİDEO

 

İsveçrənin Zermatt bölgəsində 1638 yüksəklikdə havanın temperaturunun təxminən 30 dərəcə aşağı düşməsi nəticəsində qar yağıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İsveçrə Federal Meteorologiya və Klimatologiya İdarəsi (MeteoSwiss) "X" sosial media platformasında paylaşım edib.

Belə ki, avqustun 24-də termometrlərin 31,2 dərəcə göstərdiyi bölgədə temperatur 0,5 dərəcə olub.

Ölkənin cənubunda yerləşən Ticino kantonunda həftə sonundan təsirli olan güclü yağışlar sürüşmə riski yaradır. Bölgədə bəzi çaylarda daşqın riskinin olduğu barədə də xəbərdarlıq edilib.

Günay

 

0.15582394599915