Təcridxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb

 

2 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Bu barədə Demokratikmusavat.com -a Ədliyyə Nazirliyindən məlumat verilib.

Belə ki, məhkum Mirhadı Mirtağı oğlu Bağırovla görüşə gəlmiş qohumu Kamran Səfər oğlu Yusifovun üzərinə baxış leçirilən zaman ayaqqabısının içərisində gizlədilmiş mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

0.13727807998657