Üç ayda 138 milyard dollarlıq çip satılıb: Kim daha çox alıb?

 

Bu ilin birinci rübündə qlobal çip satışı ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 137,7 milyard dollar təşkil edib.

"Ölkə.az" xəbər verir ki, 2023-cü ilin dördüncü rübü ilə müqayisədə bu rəqəm 5,7 faiz azalıb.

Mart ayında çip satışı da illik müqayisədə 15,2 faiz artıb, lakin fevral ayı ilə müqayisədə 0,6 faiz azalıb: "Birinci rübdə qlobal yarımkeçirici satışları ötən ilin birinci rübünə nisbətən əhəmiyyətli dərəcədə yüksək olub. Bazarın 2024-cü ildə ikirəqəmli artım proqnozu ilə ilin qalan dövründə böyüməyə davam edəcəyi gözlənilir".

Martda Amerika qitəsində satışlar ötən ilin eyni ayı ilə müqayisədə 26,3 faiz, Çində 27,4 faiz, Asiya-Sakit okean və digər regionlarda 11,1 faiz artıb. Bununla yanaşı, Avropada satışlar 6,8 faiz, Yaponiyada 9,3 faiz azalıb.

SİA-ya Amerika yarımkeçirici sənayesi istehsalçılarının təxminən 99 faizi və digər ölkələrin çip istehsalçılarının təxminən 66 faizi daxildir.(musavat.com)

 

0.4051558971405