İlon Mask: "Tezliklə ABŞ-da amerikalı qalmayacaq"

 

"Vaşinqtonun siyasətinə görə tezliklə ABŞ-da amerikalı qalmayacaq".

Demokratikmusavat.com xəbər verir ki, bunu "Tesla"nın sahibi, amerikalı milyarder İlon Mask X sosial şəbəkəsində yazıb.

Mask əlavə edib ki, Demokratlar Partiyasının məqsədi mümkün qədər çox qeyri-qanuni immiqrant gətirməklə amerikalıların səsvermə hüququndan məhrum etməkdir.

Qeyd edək ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson əvvəllər bildirib ki, Co Baydenin ABŞ prezidenti olduğu müddətdə Amerika ərazisinə qanunsuz daxil olan miqrantların sayı 15 milyon nəfərə çata bilər. Onun sözlərinə görə, Amerika şəhərlərinin küçələrində 600 mindən çox qanunsuz "cinayətkar" var. Ölkədəki vəziyyəti təsvir edən Nümayəndələr Palatasının sədri bunu "böhran", "fəlakət" və "tənəzzül" sözləri ilə xarakterizə edib.

"Dünyanın hər bir ölkəsindən qeyri-qanuni mühacirlərin kütləvi axınını nəzərə alsaq, 2024-cü ildə prezident seçkiləri, çox güman ki, ABŞ vətəndaşlarının həqiqətən səs verəcəyi sonuncu seçki olacaq", deyə spiker bildirib.(qaynarinfo)

 

0.27365899085999