Azərbaycanda mənzil-tikinti kooperativlərindən biri ləğv olunur.
“Demokratikmusavat.com ” xəbər verir ki, “Yasamal M” MTK ləğv olunduğunu açıqlayıb.
Qeyd edək ki, MTK 18.01.2017 tarixində dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 50 manatdır.
Şirkətin qanuni təmsilçisi səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Qazax Rayon Məhkəməsinin sabiq hakimi Cəbiyev Elnur Muxtar oğludur.
“Yasamal M” MTK-nın kreditorları iki ay ərzində tələblərini AZ1138 Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 80, mənzil 67 ünvanına bildirə bilərlər.