Kreml: Ən yaxın zamanda Ərdoğan Putin görüşü olacaq

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüşə hazırlıq gedir.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Artıq Ərdoğanla görüşə hazırlıq gedir. Bu görüşün tezliklə baş tutacağı ilə bağlı anlayış var”, - o qeyd edib.

Görüşün nə zaman olacağına gəldikdə Peskov deyib ki, adətən, elanları tərəfdaş ölkələrlə sinxronlaşdırırlar: “Görüşə kifayət qədər ciddi hazırlıq işləri gedir”.

Putinin G20 sammiti ilə bağlı Peskov deyib ki, RF prezidentinin burada birbaşa iştirak etmək planları yoxdur.

Videokonfrans vasitəsilə sammitə qatılması format isə dəqiqləşdiriləcək.

Mürtəza
Demokratikmusavat.com

0.13992214202881