Paralel.az " xəbər verir ki, bunu Türkiyə Prezidenti Rə ..."> Paralel.az " xəbər verir ki, bunu Türkiyə Prezidenti Rə ...">

Ərdoğan: “Türkiyə terror bəlasından xilas olacaq”

 

“Türkiyə nəhayət terror bəlasından xilas olacaq”.

Demokratikmusavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Jandarma və Sahil Mühafizəsi Akademiyası məzunların buraxılış mərasimində çıxış edib.

O, bildirib ki, terrorçular ya Türkiyə məhkəməsinə təslim olacaqlar, ya da dövlətin dəmir yumruğu ilə üzləşəcəklər. Başqa yol yoxdur:

"Yalana və təbliğata aldanaraq, dağlara qaçırılan gənclərin sayı getdikcə azalır. Terrorçuların nəfəs almasına imkan vermirik, bununla mübarizədə, ictimai asayişin qorunmasında daha səmərəli nəticələr əldə olunub. Terror təşkilatlarında iştirak tarixin ən aşağı səviyyəsinə düşüb".

Ərdoğan onu da vurğulayıb ki, təkcə terror təşkilatları ilə deyil, qanunsuz miqrasiya ilə də mübarizə güclənərək davam edir: "Türkiyəni qaçqın axını ilə sıxışdırmaq ssenarilərini boşa çıxarırıq”, - dövlət başçısı bildirib.

0.19468593597412