“Gəmiqaya Holdinq”ə bağlı şirkətlər ləğv olunur.
“Demokratikmusavat.com ”ın məlumatına görə, bunlar “Home Office-4”, “Home Office-3”, “Naxtexnika-2023” “Texnika Nax”, “Avtotech MR” “Avtonəqliyyat MR” və “Naxlogistic” MMC-lərdir.
Qeyd edək ki, bir müddət əvvəl “Gəmiqaya Avtonəqliyyat” MMC-nin tərkibindən “Avtonax MR”, “Avtonəqliyyat MR”, “Texnika Nax”, “Naxtexnika 2023”, “Naxlogistic” və “Avtotech MR” MMC-lər ayrılmış, şirkət yenidən təşkil olunmuşdu. Daha sonra isə “Avtonax MR”, “Naxlogistic”, “Texnika NAX”, “Avtotech MR” və “Naxtexnika 2023” MMC-lərin nizamnamə kapitallarının azaldıldığı açıqlanmışdı.
Ləğv olunan şirkətlərin kreditorlarının iki ay ərzində tələblərini AZ7000 Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 34, mənzil 2 ünvanına bildirə biləcəkləri qeyd olunur.
Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub.
Könül
Demokratikmusavat.com