Azərbaycanda “Wikipedia”ya blok qoyulub?

 

Bəzi regionlarda “Aztelekom” provayderi ilə “Wikipedia”ya daxil olmaq mümkün olmayıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə cənub zonasının sakinləri özləri məlumat verib. 

Bildirilir ki, sözügedən internet resursuna yalnız mobil operatorlarla giriş mümkün olub. Bu da “Wikipedia”nın bloklanması ilə bağlı fikir yaradıb. 

“Aztelekom” MMC-dən isə “Demokratikmusavat.com ”a bildirildi ki, sözügedən problemlərin provayderlə əlaqəsi yoxdur:

“Wikipedia” da daxil olmaqla, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa ziddiyət təşkil etməyən hər hansı bir media ehtiyatının (resursunun) “Aztelekom” MMC tərəfindən bloklanması həyata keçirilmir. Əksinə, rəqəmsal bərabərsizliyin aradan qaldırılması və vətəndaşların genişzolaqlı internetə çıxışının təmin olunması üçün irimiqyaslı infrastruktur layihələri həyata keçirilir”,- deyə açıqlamada qeyd olunub.

Könül
Demokratikmusavat.com

 

0.15909695625305