“Azərsu” Xəzərin suyunu duzsuzlaşdıracaq

 

“Azərsu” ASC dəniz suyunun duzsuzlaşdırılmasına başlayacaq.

Demokratikmusavat.com ” xəbər verir ki, qurum “dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə hüquq məsləhəti xidmətlərinin satın alınması məqsədilə təkliflər sorğusu elan edib.

İştirak haqqı 500 manat olan sorğuda iddiaçılar təkliflərini 2023-cü il sentyabrın 4-ü saat 16.00-a qədər təqdim etməlidir. Zərflər isə cari ilin sentyabrın 5-I saat 16.00-da açıqlacaq.

Qeyd edək ki, “Azərsu” ASC daha əvvəl “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə texniki-iqtisadi əsaslandırma və layihə tapşırığının hazırlanması, layihənin icrası ilə bağlı digər məsləhət xidmətlərinin satın alınması ilə bağlı təkliflər sorğusu elan etmişdi.

Könül
Demokratikmusavat.com

 

0.139897108078