Omid Nuripur: “Almaniya Ukraynaya yeni hərbi texnika göndərməlidir”

 

“Almaniya hakimiyyəti Ukraynaya yeni hərbi texnika göndərməlidir”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Almaniyanın hakim koalisiyasına daxil olan “Yaşıllar” partiyasının həmsədri Omid Nuripur deyib.

O qeyd edib ki, bu, 500 km məsafədə yer və dəniz hədəflərini məhv etmək üçün nəzərdə tutulan Almaniya istehsalı olan “Taurus” qanadlı raketlərinə də aiddir.

“Ukraynanın təcili olaraq əlavə hərbi aktivlərə ehtiyacı var, o cümlədən “Taurus” qanadlı raketlərinə. Buna görə də tədarüklərlə bağlı qərar tez verilməlidir. Əgər bunun üçün texniki dəyişikliklər lazımdırsa, o zaman mümkün qədər tez həyata keçirilməlidir”.

0.18890690803528