2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 18 766,6 milyon manat təşkil edib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur.
Cari ilin ilk 7 ayında dövlət büdcəsinin xərcləri 17 620,5 milyon manat olub ki, bu da illik müqayisədə 14,9% artım deməkdir.
Ümumilikdə sözügedən dövrdə dövlət büdcəsində 1 146,1 milyon manat profisit yaranıb. Bu da ötən ilin iyul ayının yekunu ilə müqayisədə 2,24 dəfə azdır.
Könül
Demokratikmusavat.com