Daha bir ərazidə söküntü işləri aparılacaq

 

Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntüsü işləri aparılacaq.

Demokratikmusavat.com ”ın məlumatına görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu açıq tender keçirib.

Söküntü işlərini “Konsept Holding” MMC həyata keçirəcək və layihəyə 72,029 min manat xərclənəcək.

Qeyd edək ki, daha əvvəl Ağdam rayonu, Xıdırlı kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə planlaşdırma və söküntü işlərinin aparılmasına 8,6 mln manat ayrılmışdı.

Könül
Demokratikmusavat.com

 

0.14590096473694