Zelenski cinayətkar adlandırdığı şəxsdən silah istədi

 

Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət əvvəl cinayətkar adlandırdığı Sergey Paşinskidən ordunun döyüş sursatı və texnikasının təmin edilməsi ilə bağlı xahiş edib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşrin məlumatına görə, Paşinskiyə bağlı olan şirkət Ukraynaya böyük silah tədarükçüsü sayılır:

“Şirkət Trans-Avropa vasitəçilər şəbəkəsilə qumbaraatan, artilleriya mərmiləri və raketlər alıb satır. 2022-ci ildə “Ukrayna Zirehli Tank Texnologiyaları” şirkəti müharibədən əvvəlki ildəki 2,8 milyon dollarla müqayisədə 350 milyon dollarlıq rekord satış olduğunu bildirmişdi”.

0.1863911151886