Azərbaycanda qiymət artımı ilə bağlı son vəziyyət açıqlandı

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyun aylarına nisbətən 112,2% təşkil edib. 

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3%, qeyri-ərzaq məhsulları üzrə 111%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4% təşkil edib.

Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,3%, ötən ilin iyun ayına nisbətən isə 109,4% olub.

0.14842820167542