Azərbaycanda orta maaş 11,5% artdı - MƏBLƏĞ

 

Bu il iyulun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 min nəfər və ya 0,3% artaraq 1 milyon 725,5 min nəfər olub.

Demokratikmusavat.com ” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, onlardan 894,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 831,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19%-i təhsil, 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,3%-i tikinti, 4,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,5%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5% artaraq 921,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

0.17243695259094