"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olub.
Bu barədə Demokratikmusavat.com a "Bakı Metropoliteni" QSC-dən məlumatverilib.
Bildirilib ki, bu səbəbdən sərnişinlər "Ulduz" stansiyasında düşürülüb.
"Qatar ən yaxın yoxlama məntəqəsi kimi "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə qatar verilib", -deyə açıqlamada qeyd olunur.