Bakıda klinika ləğv edilir

 

Bakıda klinikalardan biri ləğv olunur.

Demokratikmusavat.com ” xəbər verir ki, “Kristal Medical” MMC-nin Ümumi Yığıncağı 07.08.2023-cü il tarixində hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, şirkət 31.08.2022 tarixində dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Əliyev Elnur Hüseyn oğlu, nizamnamə kapitalı 10 manat təşkil edir.

“Kristal Medical” MMC-nin kreditorları 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1142, Bakı şəhəri Xətai rayonu, Məzahir Rüstəmov, ev.14, m.87 ünvana bildirə bilərlər. Mülki Məcəllənin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək.

Könül
Demokratikmusavat.com

0.20200490951538