Siqaretin qiymətinin qalxması onun istifadəçilərinin sayını azaldır. Bunu Dövlət Statistika Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatı təsdiqləyir.
Demokratikmusavat.com xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, hazırda qeydə alınan qiymət artımının xüsusi və qeyri-adi səbəbi yoxdur: "Səbəb sadədir: infilyasiya".
Ekspertin sözlərinə görə, inflyasiyanın hesablanma metodologiyasında istifadə edilən 528 məhsulun əksəriyyətinin qiyməti gündəlik və ya həftəlik bir-iki qəpik artığı üçün nəzərə az çarpır: "Lakin siqaretin qiyməti dövlət tərəfindən tənzimlənməsə də. onun artımı gündəlik və ya həftəlik olmur. Bir müddət daşlaşmış qiymət olur, tərpənməz qalır, 4-5 aydan bir 10-20 qəpik birdən artır. Bu isə bugünkü rezonansı yaradır. Çünki həyat üçün ən lazımsız olan siqaret öz aludəçisini əsir saxlayır.
Hansı ayda və nə qədər qalxması isə bu sahədəki subyektlərin davranışından asılıdır. Amma illik nəticədə siqaret qiymətlərindəki artım hər zaman ərzaq inflyasından az, qeyri-ərzaq inflyasiyasından çox olur. Bu il də belə olacağı şübhəsizdir".
"İl ərzində Azərbaycandan təxminən 16 milyondan çox ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub. Konkret siqaretin özünə gəldikdə isə Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan 4,8 milyon dollar dəyərində 634 milyon ədəd siqaret ixrac edilib. Amma tütün və tütünün sənaye əvəzedicilərinin idxalına isə 91 milyon ABŞ dolları dəyərində pul xərcləmişik. Yəni tütün və tütün məhsullarına görə bizə gələn gəlirdən 70-75 milyon dollar çox vəsait ölkədən çıxır", - deyə E. Əmirov əlavə edib.
Könül
Demokratikmusavat.com