Azərbaycandan pomidor ixracı azalıb. Ekspertlər bunu Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər. Müvafiq qurum isə ixrac bazarının genişləndirilməsi üçün sistemli işlər aparıldığını deyir.
“Kaspi” qəzetinin mövzu ilə bağlı hazırladığı yazıda deyilir:
2023-cü ilin ilk altı ayında Azərbaycandan 120 milyon 729 min dollar dəyərində 108 min 118 ton pomidor ixrac olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4,8%, miqdar ifadəsilə 2,2% azalıb. Ötən illərdə ölkənin pomidor ixracı ilə bağlı açıqlanan statistikasında daim artım müşahidə edilirdi. Bu il isə artım yox, azalma var. Bəs bunun səbəbi nədir?
Əsas ixracımız Rusiya bazarıdır
İqtisadçı ekspert Eyyub Kərimli pomidor ixracında müşahidə edilən azalmanın səbəbini Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib:
“Pomidor ixracının azalmasına səbəblərdən biri Rusiyanın iqtisadi vəziyyətidir. Belə ki, Azərbaycanda yetişdirilən pomidorlar əsasən Rusiya bazarına ixrac olunurdu. Bu gün müharibə səbəbindən bu ölkədə iqtisadi aktivlik zəifləyib. Rublun ucuzlaşması ilə bağlı hər birimiz artıq məlumatlıyıq. Bizim sahibkarlar da bəzən Rusiyaya ixrac etdikləri pomidorların ödəmələrində problemlər yaşayırdılar. Bu problemlər pomidor ixracına mənfi təsirini göstərir”.
Ekspert hesab edir ki, bu vəziyyətdən çıxmaq üçün digər ixrac bazarları olan ölkələrlə danışıqlar aparılmalıdır:
“Başqa ölkələrlə də iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində zəruri addımlar atılmalıdır. Bildiyimiz kimi, Azərbaycanla Avropa İttifaqı arasında bir sıra müqavilələr bağlanıb. Azərbaycanın ərzaq məhsulları orqanik və təbii olduğu, yüksək keyfiyyətlərə cavab verdiyi üçün Avropa bazarlarına da çıxa bilir. Bu mənada düşünürəm ki, sahibkarlarımız da gələcəkdə satış imkanlarını şaxələndirmək üçün fürsətləri dəyərləndirməlidirlər. İxrac imkanları çoxalmalıdır ki, bir ölkədən asılı vəziyyət yaranmasın. Bir ölkədən asılılıq sonda sahibkarların gəlirlərinin azalmasına gətirib çıxara bilir”.
İxracda azalma bazarda qiymətlərin ucuzlaşmasına səbəb olmayıb
Normalda ixracda azalma yerli bazarda qiymətlərin ucuzlaşmasına səbəb olmalıdır. Amma bu, yerli bazarda o qədər də hiss olunmur. Pomidorun qiyməti regionlarda 40 qəpik, Bakıda 60 qəpik - iki manat 50 qəpik aralığındadır. Bazarda pomidoru satanlar da, alanlar da narazıdırlar. Satıcı narazıdır - malını alan yoxdur, alıcı narazıdır - qiymətlər bahadır. Bazarda məhsul çox olsa da, alıcı qıtlığı yaşanır. Satıcılar bunu yay fəslində insanların istirahətə getməsi ilə əlaqələndirirlər.
İxrac azaldığından ölkədə yeni istixanalar da qurulmur
Kənd təsərrüfatı mütəxəssisi Nicat Quluzadə deyir ki, ixracın azalmasının əsas səbəbi yeganə ixrac istiqamətinin Rusiya bazarı olmasıdır. İxrac azaldığından ölkədə yeni istixanalar da qurulmur:
“Artıq hamı meyvəçiliyə yönəlir. Ölkədə fermerlərin çoxunun HACCP, GLOBAL GAP kimi sertifikatları yoxdur. Bu sertifikatlar daha çox iri holdinq və şirkətlərdə var. Ona görə də camaat pomidoru əkir, amma xaricə göndərməyə çətinlik çəkir. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də xərcləri müəyyən mənada artırır. Müqayisə etdikdə, əvvəllər sənədlərin, ixrac şəhadətnamələrinin əldə edilməsi prosesi daha asan həyata keçirilirdi. İndi isə bir qədər çətinləşdirilib. Eləcə də, indi lisenziya, laboratoriya xərcləri də çoxalıb. İndi bazarda olan məhsul Xaçmaz, Masallı, Cəlilabad və s. regionlarda açıq sahədən yığılan pomidorlardır”.
AZPROMO yeni ixrac bazarları axtarır
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-dan bildirildi ki, onlar Azərbaycanın xaricdə fəaliyyət göstərən Ticarət evləri və nümayəndələri tərəfindən qeyri-neft məhsullarının ixracı üçün yeni bazarların tapılması və ya ixrac coğrafiyasının diversifikasiyası istiqamətində işləri davam etdirirlər. Xarici ölkələrin şəbəkə marketləri ilə məhsullarımızın satışı məsqsədi ilə əlaqələr qurulub, meyvə-tərəvəz idxalçıları ilə danışıqlar aparılıb və yerli şirkətlərimizlə əlaqələndirilib:
“Bundan başqa, ixrac potensialının artırılması və yeni ixrac bazarlarının əldə edilməsi üçün “Global Gap” sertifikatının alınması xüsusi əhəmiyyət kəsb edir ki, sözügedən sertifikatın alınmasında da AZPROMO tərəfindən ixracatçılara müvafiq dəstək tədbirləri göstərilir. Həmçinin, ixracatçılarla mütəmadi görüşlər keçirilir, göstərilən dəstək tədbirləri, konsiqnasiya üsulu ilə ixrac olunmuş məhsulların dəyərinin ölkəyə gətirilməsi, ticarət qanunvericiliyinin tələblərinə əməl edilməsi və bu kimi məsələlər üzrə maarifləndimə işləri aparılır. Yerli pomidor istehsalçılarımız üçün yeni ixrac bazarlarının qurulması istiqamətində işlər davam etdirilir”.
Polşaya pomidor satışımız artır
AZPROMO-dan o da bildirilib ki, bu istiqamətdə ilkin nəticələr də var. Məsələn, hesabat dövründə Rusiya istisna olmaqla, digər ölkələrə pomidor ixracında əhəmiyyətli dərəcədə artım qeydə alınıb:
“Məsələn, Polşaya son altı ayda dəyəri 1,183 mln. ABŞ dollarından çox olan 846 ton pomidor ixrac edilib ki, bu da illik ifadədə müvafiq olaraq 4,9 dəfə və 5,2 dəfə artım deməkdir. Bu ölkəyə ixrac edilən məhsulun satışı təkcə Polşada deyil, digər Avropa ölkələrində də təşkil olunur. Hazırda Azərbaycanın əsas ixrac bazarı Rusiyadır. Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya dəyəri 116,2 mln. ABŞ dollarından çox olan 105,4 min tondan artıq pomidor ixrac edilib. Ümumiyyətlə, bu ilin yanvar-iyun aylarında Azərbaycanın 73 sahibkarlıq subyekti Rusiyaya pomidor ixrac edib”.
Cavabım bu deyimiŞərh etmək üçün belə deyim əvəzində, bu haqda yaxşı qənaət verən göstəricilər üzə çıxır. Azərbaycan pomidorunun ixracında belə bir azalma olmasının əsas səbəbini anlaya bilmək üçün, pomidorun ixrac yolları üzə çıxmalıdır. Yaxud, xaricdə potensial alıcılar aradıqda, bu pomidorla işləməyə niyyət göstərən işgəncə satıcıların sayının çoxluqda çıxıb-çıxmadığını yoxlamalıyıq. Bu problemə qarşı alınacaq qərəzli hərəkətlərə görə, müasir və istikrarlı alıcı tapmaq birtəhəl reallaşa bilər.