Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.
Bu barədə Demokratikmusavat.com a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Pərviz Rüstəmbəyov, Tibbi Reabilitasiya Mərkəzinə Rüfət Cabbarlı, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına isə Bayram Cabbarov təyin olunublar.
Qeyd edək ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təyinat alan Pərviz Rüstəmbəyov bu təyinatadək TƏBİB-in İxtisaslı tibbi yardım departamentində fəaliyyət göstərib.
Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı bu təyinatadək isə N.Tusi adına Memorial Klinik Xəstəxanasında Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin müdiri kimi çalışıb.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Bayram isə bu təyinatadək sözügedən xəstəxanada direktorun müavini, baş həkim kimi fəaliyyət göstərib.
P. S. Media üzərindən apardığımız araşdırmadan bəlli oldu ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ölkə xəstəxanalarına bütün direktor təyinatlarını külli miqdarda RÜŞVƏT hesabına verir...