“Ermənistan qonşu ölkələrlə balanslaşdırılmış, yaxşı münasibətlərə malik olmaq istəyir..." - Xaçaturyan 

 

“Ermənistan qonşu ölkələrlə balanslaşdırılmış, yaxşı münasibətlərə malik olmaq istəyir, buna görə də hökumət Türkiyə ilə normallaşma yolunu seçib”.

Demokratikmusavat.com xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “La Repubblica” nəşrinə deyib.

“Mən şadam ki, bu qədər ildən sonra Ankara ilə yenidən dialoqa başladıq. Biz gələcəyə baxmalıyıq, uşaqlarımıza hansı bölgəni buraxmaq istədiyimizi anlamalıyıq. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə çalışmalıyıq”, - Xaçaturyan bildirib.

Qeyd edək ki, Ermənistanın başçısı İtaliyada işgüzar səfərdədir.

0.18878293037415