Tviterin loqosu dəyişdiriləcək

 

Tviter sahibi İlon Mask sosial şəbəkənin loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə o, tviter sosial səhifəsində məlumat verib.

“Tezliklə biz tviter brendi ilə və tədricən bütün quşlarla vidalaşacağıq”, - Mask öz səhifəsində yazıb.

O, həmçinin tviter üçün mümkün gələcək dizaynı dərc edib. Bu, qara fonda X hərfini təmsil edir. Lakin rebrendinqin son variantı hələ razılaşdırılmayıb.

Qeyd edək ki, ötən ilin oktyabrın 7-də İ.Mask tviteri almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.

0.21215105056763