Bu ölkələr Ukrayna taxılına qoyulan qadağanı uzatmağa çağırdılar

 

Macarıstan, Bolqarıstan, Rumıniya, Polşa və Slovakiyanın hakimiyyət orqanları Avropa Komissiyasından Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağanın müddətini uzatmağı tələb edib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası sentyabrın 15-dən sonra Ukrayna taxılının idxalına qoyulan qadağanın müddətini uzatmalıdır.

O, həmçinin əlavə edib ki, Macarıstan bu məsələdə Bolqarıstan, Polşa, Rumıniya və Slovakiyanın mövqeyini bölüşür.

“Ancaq bu yolla avropalı fermerlərin maraqlarını qorumaq olar. Macarıstanlı fermerlər Avropa İttifaqından 15,93 milyon avro təzminat alıblar ki, bu da dəymiş ziyanın məbləği ilə müqayisədə daha simvolik məbləğdir”.

 

 

0.20403909683228