Hindistan və BƏƏ terrorizmlə mübarizədə əməkdaşlığı inkişaf etdirir

 

Hindistanın Baş naziri Narendra Modi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin-Zaid əl-Nahayan iki ölkə arasında terrorizm və ekstremizmlə mübarizədə əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə liderlərin danışıqlarının yekunlarına dair birgə bəyanatda deyilir.

Liderlər ekstremizm və terrorizmlə, o cümlədən transsərhəd terrorizmlə bütün formalarda həm regional, həm də beynəlxalq miqyasda mübarizədə birgə öhdəliklərini təsdiqləyiblər. Onlar terrorizm, ekstremizm və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək barədə razılığa gəliblər.

Bununla əlaqədar, Hindistanın Baş naziri və BƏƏ Prezidenti sülh, birgəyaşayış və tolerantlıq dəyərlərinin təbliğinin vacibliyini vurğulayıblar.(Report)

0.20709800720215