Bu ölkədə süni intellekt şirkətin 90%-ni işsiz qoydu

 

Hindistanda şirkətlərdən birində süni intellekt əməkdaşların 90%-ni işsiz qoyub.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu “Dukaan” şirkətinin baş direktoru Suumit Şah açıqlayıb.

Belə bir qərarın süni intellektin insanların işsiz qoyacağı ilə bağlı narahatlıqların artdığı bir dövrdə qəbul edilməsi birmənalı qarşılanmayıb.
Şah tviterdə süni intellektin müştərilərin suallarına daha tez cavab verdiyini və həll müddətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını deyib.

Bununla yanaşı, Şah süni intellekti təqdim etdikdən sonra statistik məlumatları paylaşıb və əlavə edib:

"Bu AI yazışma robotuna görə dəstək komandamızın 90%-ni işdən çıxarmalı olduq. Bu məcburidirmi? Bəli. Lazımdırmı? Mütləq”.

Qeyd edək ki, son illərdə xeyli təlabat qazanan süni intellekt alətləri geniş yayılıb. Bu da insanların işlərinin texnologiya tərəfindən ələ keçirilməsi ilə bağlı narahatlıqlara səbəb olur.

 

0.18437910079956