FETÖ liderinin qardaşı oğlu ailəsi ilə birgə saxlanıldı

 

İstanbulun Sancaktəpə səmtində Türkiyədə elan edilən FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı hərəkatın lideri Fətullah Gülənin qardaşı oğlu Selman Gülən saxlanılıb.

Demokratikmusavat.com “trthaber”ə istinadən xəbər verir ki, onun həyat yoldaşı və qayınanasının da tutulub.

Bildirilir ki, saxlanılan şəxslər bir il təşkilatın evində gizləniblər. Axtarışlar zamanı çoxlu sayda rəqəmsal material, xarici valyuta və 2 saxta şəxsiyyət vəsiqəsi ələ keçirilib 

Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ ictimai hərəkatı 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd təşkil etdikdən sonra ölkədə terror təşkilatı kimi tanınıb.

0.2269549369812