Qallant: "İsrail İranın 50-dən çox terror hücumunun qarşısını alıb"

 

İsrail son illərdə İranın iştirakı ilə hazırlanmış 50-dən çox terror aktının qarşısını alıb.

Demokratikmusavat.com xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant Azərbaycana səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

"Son illərdə İran bütün dünyada yəhudilərə qarşı misli görünməmiş miqyasda terror kampaniyası aparır. Son illərdə 50-dən çox hücuma cəhd edilib. Onların əksəriyyətinin qarşısı son anda alınıb", - Qalant bildirib.

Nazir qeyd edib ki, bir çox ölkələrlə sıx əməkdaşlıq sayəsində və İranın qlobal təhlükə olduğunu başa düşmək sayəsində bu cəhdlərin qarşısı alınıb.(Report)

0.1607129573822