Rusiya XİN buna görə Fransanı qınadı

 

Parisin Kiyevi SCALP raketləri ilə təmin etmək qərarı münaqişənin gərginləşməsi istiqamətində növbəti addımdır.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Beynəlxalq həyat” jurnalının Ukrayna böhranı ilə bağlı yayılan suallarına cavabında deyilir.

"Fransa hakimiyyətinin bu cür hərəkətləri münaqişəsinin gərginləşməsinə xidmət edir", - Zaxarova bildirib.

Zaxarova Fransa Prezidenti Emmanuel Makronun ABŞ-dan geri qalmadığına diqqət çəkib.

Qeyd edək ki, Makron iyulun 11-də NATO-nun Vilnüs sammitinə gəldikdən sonra Fransanın uzun mənzilli raketləri Ukraynaya ötürmək niyyətini açıqlayıb.

"Reuters" agentliyinin məlumatına görə, Fransa Ukraynaya ümumilikdə 50 SCALP raketi vermək niyyətindədir.

0.18766689300537