Ərdoğan: "Böyük bir fəlakətdən qurtulduq"

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son seçkilərdə böyük fəlakətdən qurtulduqlarını bəyan edib.

Demokratikmusavat.com xəbər verir ki, o bunu Vilnüsdən dönərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, may ayında keçirilən seçkilər zamanı müxalifət terrorçularla eyni yolu gedirdi və əgər onlar seçkidə qalib gəlsə idilər, ölkədə xaos hökm sürəcəkdi.

“Lakin xalq xaosu yox, sabitliyi seçdi və bəladan xilas olduq”, – o qeyd edib.

Ərdoğan əlavə edib ki, burada ən mühüm risk, qeyri-sabitliyin olması ilə bağlı olan məsələdir:

“Bilirsiniz, keçmişdə biz Türkiyədə altı aylıq hökumətləri görmüşük. Bir ilini başa vurmayan hökumətləri görmüşük. Burada sabitlik olacaqmı? Olmaz. Bu qeyri-sabitlik Türkiyəni hər baxımdan çökdürərdi. Biz indi belə şeyləri yaşamırıq.

Yəni bütün partiya liderlərinin vitse-prezident olacağı sistem bizi hara aparacaqdı? Bu, fəlakətə səbəb olardı”.

 

0.15566396713257