Niyə təhsilimizin səviyyəsi aşağıdır? - dos. İlham Əhmədov

 

3 ildir pedaqoji ictimaiyyət ETN-dən yeni strategiya, yol xəritəsi, inkişaf proqramı, konkret təkliflər gözləyir, hər dəfə də nazirdən müxtəlif əcaib fikirlər eşidirik. "Təhsilin keyfiyyətini yüksəltmək üçün ailəvi şam yeməyi" təklifinin şokundan ayılmamış növbəti unikal təklif - "plagiat haqqında" unikal fikirlər eşidirik.
ETN Antiplagiat proqramının funksiyasını yerinə yetirməli deyil, bunun üçün ATM, ETİ, AAK operator ştatı saxlayırlar və bu texniki məsələ öz həllini asanlıqla tapır.
Heç olmasa ETN-nin əsasnaməsi ilə tanış olun. Kim bilir, bəlkə də heç bu 12 ayda yeni nazirliyin əsasnaməsi hələ hazır deyil (hər halda bir müddət əvvəl maraqlandım, hələ hazır deyildi).
Əgər belədirsə, onda heç olmasa köhnə əsasnamıni oxuyun, öyrənin barı öz vəzifələrinizi.
Pedaqoji ictimaiyyət isə ETN-dən antiplagiat, innovativ antipedaqoji tövsiyyələr yox, nəhayət ki, təhsilin bataqlıqdan çıxarılması haqqında resept gözləyir.
Təcrübəli müəllimlər bilir ki, bundan sonra hələ 10 il də gözləsək xeyri yoxdur.
Universitetlərin TOP -1500 2023-ci il qlobal reytinq cədvəlləri dərc edilib. TC 25 universitetlə, Qazaxstan 21 universitetlə v.s. təmsil edildikləri halda, bizim 3 ATM ilə təmsil olunmağımız böyük biabrçılıqdır. Reytinqlərlə bağlı bu biabrçılıq neçə illərdir davam edir. Başqa ölkədə belə vəziyyət olsaydı bəlkə də nazirlik tam heyətlə istefa verərdi. Onsuz da bu 3 ildə təhsildə heç nə edə bilmədiniz, müəllimləri nüfuzdan salmaqdan başqa.
Təəssüf ki, ölkəmizdə hələ də elm və təhsilin səviyyəsi aşağıdır. Çünki, ETN nə səviyyədədirsə, elm və təhsilimiz də o səviyyədədir.

"Demokratikmusavat.com"

 

0.15636205673218