Arestoviçdən NATO və ABŞ-a ağır ittiham

 

Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç jurnalist Mark Feyqinə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun ABŞ və NATO-nun günahı ucbatından uğursuz olduğunu bildirib.

Demokratikmusavat.com xəbər verir ki, o, ukraynalıların amerikalılara çoxlu sualları olduğunu bildirib: “Xüsusən də əks-hücum niyə belə düzgün olmayan şəkildə hazırlanıb və niyə bu qədər silah verilib? Düşünürəm ki, bu yolla Qərb müttəfiqləri Kiyevi əvvəldən danışıqlara sövq edirdilər.

Boz sxemlər haqqında, neft daşıyan 300 tankerdən ibarət boz donanma haqqında. Amerika çipləri haqqında, "kalibrlərə" və "xəncərlərə" daxil olan hissələr. Niyə F-16-lar prinsipcə verilirsə və pilotlar təlimlərə başlayıbsa, onda niyə həlledici olan əks-hücumdan əvvəl may ayında vermirlər?”.

Onun sözlərinə görə, Ukrayna yardımların qarşısını almaqla ukraynalıları öldürən kollektiv Qərbi də qoruyur.(Report)

0.17285680770874