Norveç 200 milyardlıq yatağının işlənməsinə icazə verdi

 

Norveç hakimiyyəti 200 milyard Norveç kronu (18,5 milyard dollar) dəyərində 19 neft və qaz yatağının işlənməsinə icazə verib. 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Norveçin neft və energetika naziri Terye Osland mətbuat konfransında bildirib.

"Bu layihələrə ümumi investisiya 200 milyard kronu  (18,5 milyard dollar) keçəcək. Təsdiqlənmiş layihələrdən 9-u Norveçin "Aker" enerji şirkəti, 3-ü Norveçin "Equinor" şirkəti, qalanları isə Almaniyanın "Wintershall Dea" və Avstriyanın OMV şirkəti tərəfindən idarə olunacaq”, deyə Osland bildirib.

Ətraflı
Ad - 00:27
Onun sözlərinə görə, bu layihələr Norveç kontinental şelfində sabit və fasiləsiz istehsalın təmin edilməsinə kömək edəcək. Bundan əlavə, əlavə iş yerləri açılacaq və layihələrin özü Avropa regionunun enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.

Yeni layihələrin yaradılması Norveçin neft və qaz hasilatını artırmaq planlarının bir hissəsidir. Rusiyanın yanacaq tədarükünü kəskin şəkildə azaltdığını nəzərə alan Norveç Avropaya ilk qaz tədarükçüsü olub.

Mayın 3-də "Bloomberg" xəbər verib ki, Norveçin neft şirkətləri "Barents" dənizində yeni xammal yataqlarını işlətməyə hazırlaşır və bu, ölkəyə Avropanın əsas neft tədarükçüsü olaraq qalmasına imkan verəcək.

Norveç hakimiyyəti 200 milyard Norveç kronu (18,5 milyard dollar) dəyərində 19 neft və qaz yatağının işlənməsinə icazə verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Norveçin neft və energetika naziri Terye Osland mətbuat konfransında bildirib.

"Bu layihələrə ümumi investisiya 200 milyard kronu  (18,5 milyard dollar) keçəcək. Təsdiqlənmiş layihələrdən 9-u Norveçin "Aker" enerji şirkəti, 3-ü Norveçin "Equinor" şirkəti, qalanları isə Almaniyanın "Wintershall Dea" və Avstriyanın OMV şirkəti tərəfindən idarə olunacaq”, deyə Osland bildirib.

Ətraflı
Ad - 00:27
Onun sözlərinə görə, bu layihələr Norveç kontinental şelfində sabit və fasiləsiz istehsalın təmin edilməsinə kömək edəcək. Bundan əlavə, əlavə iş yerləri açılacaq və layihələrin özü Avropa regionunun enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.

Yeni layihələrin yaradılması Norveçin neft və qaz hasilatını artırmaq planlarının bir hissəsidir. Rusiyanın yanacaq tədarükünü kəskin şəkildə azaltdığını nəzərə alan Norveç Avropaya ilk qaz tədarükçüsü olub.

Mayın 3-də "Bloomberg" xəbər verib ki, Norveçin neft şirkətləri "Barents" dənizində yeni xammal yataqlarını işlətməyə hazırlaşır və bu, ölkəyə Avropanın əsas neft tədarükçüsü olaraq qalmasına imkan verəcək.(Qaynarinfo)

0.13974499702454