Arayik Arutyunyan Bakının şərtlərinin ŞOK detallarını açıqladı

 

Xankəndidəki baş separatçı Arayik Arutyunyan qondarma rejimin “deputatları” ilə görüşdə Bakı ilə aparılan görüşlər barədə geniş məlumat verib.

Demokratikmusavat.com ” “aysor.am”a istinadən xəbər verir ki, Arutyunyanın sözlərinə görə, danışıqlar nəticə vermir. 

“Bakı bizimlə yalnız bir mövzunu - inteqrasiyanı müzakirə edir, başqa mövzunu müzakirə etmir. Müxtəlif yerlərdən mənə deyirlər ki, danışıqlara gedin, razı salarıq. Çalışdım, iki il çalışdım. Amma bu danışıqlar nəticə vermir. Çünki sonda bəyan edirlər ki, bizim məqsədimiz budur”, - o qeyd edib.

Bakının danışıqlardakı məqsəd və şərtlərini açıqlayan Arutyunyan deyib ki, Bakının şərtlərini ardıcıllığı təqdim edirəm: “Ordunun, sonra dövlət idarəetmə sisteminin ləğvini elan edirik. 

Onlar bunu nəinki bizə deyirlər, bunu BMT-də deyirlər, dünən də, bu gün də Blinken-Mirzoyan-Bayramov görüşündə deyiblər. Azərbaycan bizə deyir ki, birinci məsələ müdafiə ordusunun buraxılmasıdır. Biz ordunu, idarəetmə sistemini buraxıb, sonra görüşə getməliyik.

Bundan sonra icma seçki mexanizmi yaradacaqlar, bizə qaz, işıq veriləcək, yoldan istifadə etməyə icazə veriləcək. Və bəllidir ki, necə icazə verəcəklər - Azərbaycan vətəndaşı kimi. Mən danışıqların, görüşlərin əleyhinə deyiləm. Başa düşməliyik ki, problemlərimiz olacaq, lakin bütün bunları aşmaq olar. Biz iki şey etməliyik - özünümüdafiəni və müqaviməti artırmalıyıq. Bununla bağlı nə edilib və edilməlidir, əgər istək olarsa, biz ayrıca müzakirə edəcəyik”, - Arutyunyan deyib.

Mürtəza
Demokratikmusavat.com

0.14548087120056