Yunanıstanın keçmiş Baş naziri istefa verdi

 

Yunanıstanda Radikal Sol Koalisiyanın (SYRIZA) lideri və keçmiş Baş nazir Aleksis Tsipras partiya sədrliyindən istefa verdiyini açıqlayıb.

Demokratikmusavat.com xəbər verir ki, o, bu addımı parlament seçkilərindəki məğlubiyyətdən sonra atıb.

A.Tsipras partiya sədrliyinə bir daha namizəd olmayacağını, ancaq siyasi təşkilatın üzvü olmağa davam edəcəyini söyləyib: "Biz bu günün çağırışlarına cavab verə bilən və gözləntiləri qarşılayan yeni partiya yaratmalıyıq. Seçki məğlubiyyətimiz ziddiyyətli səslənsə də, yeni dövrün başlanğıcı olacaq. Ağır siyasi məğlubiyyət aldıq, lakin əsas müxalifət mövqeyimizdən əl çəkmədik".

Qeyd edək ki, A.Tsiprasın rəhbərlik etdiyi SYRIZA parlament seçkilərində 17,8 faiz səs toplayıb. 48 yaşlı yunan siyasətçi hakim Kiriakos Mitsotakis və Yeni Demokratiya Partiyasına böyük fərqlə uduzub.

A.Tsipras 2015-2019-cu illərdə Yunanıstanın Baş naziri olub. O həmçinin 2009-cu ildən, yəni 14 ildir partiyaya sədrlik edirdi.

0.17530703544617