Fransanın “Paris Sen-Jermen” klubu yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün variantlar axtarır.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Sports Zone” məlumat yayıb.
Belə ki, Paris klubu “Liverpul”un və Misir millisinin hücumçusu Məhəmməd Salahı heyətinə qatmaq niyyətindədir.
“PSJ”nin prezidenti Nasser Əl-Xelaifi artıq ingilis hücumçu ilə danışıb və ona transfer etmək istədiyini bildirib.
Salah ötən mövsüm “Liverpul”un heyətində Premyer Liqada 38 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib.(Report)