"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan harada işləmək istədiyini dedyib.
Fanat.Az xəbər verir ki, GQ onun sözlərini belə çatdırıb:
"Futbolçu kimi şərəfini qoruduğun Fransa millisində sonradan məşqçi olmağın xüsusiliyini nəzərə alsaq, məntiqlə, yığmanı çalışdırmaq barədə düşünməliyəm. Amma indi uyğun məqam deyil.
Əvvəl "Kan"da oynadım, sonra "Bordo"ya gəldim. Daha sonra "Yuventus"da və "Real"da oldum. Hər yeni kluba yeni, daha ciddi təcrübə ilə keçdim. Biz buna ambisiya deyirik. Həmişə ambisiyalı olmuşam və özümə inanmışam".
Qeyd edək ki, 50 yaşlı Zidan 2021-ci ildə "Real"dan ayrılandan bəri işləmir.