"Qalatasaray" PSJ-nin futbolçusu Leandro Paradesi heyətinə qatmağa fikrindədir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi argentinalı yarımmüdafiəçi üçün yaxın günlərdə qarşı tərəflə danışıqlara başlayacaq. Bu barədə "Hüriyyət" nəşri məlumat yayıb.
Mənbəyə görə, "cim-bom" 29 yaşlı futbolçunu transfer hüquqları ilə birgə transferini bitirmək istəyir. Bildirilir ki, Paris klubu bu keçid üçün yüksək qiymət tələb edərsə, Türkiyə çempionu Paradesi icarə əsasında heyətinə qatacaq. Bu halda isə klubla 1 illlik müqaviləsi qalan yarımmüdafiəçinin sözləşməsi bir il daha uzadılacaq və belə də "Qalatasaray" satınalma şərti ilə keçidi başa çatdıracaq.
Qeyd edək ki, Parades cari mövsümü icarə əsasında "Yuventus"da keçirib. O, bütövlükdə 35 oyuna çıxıb və 1 qol vurub.