"Tirana" nın baş məşqçisi Orges Şehinin Azərbaycanda çalışmaq ehtimalı haqda xəbərlər yayılıb.
Demokratikmusavat.com xəbər verir ki, albaniyalı mütəxəssisə Premyer Liqamızda yarışan komandalardan maraq var.
Bununla bağlı saytımıza açıqlama verən 45 yaşlı məşqçi Azərbaycanda işləmək istədiyini etiraf edib. Amma o, yeni mövsümə də ölkəsində başlayacağını da sözlərin əlavə edib (sportal.az):
"Fərqli ölkə klublarından təkliflər almışdım. O cümlədən Azərbaycandan.
Amma "Tirana" ilə bir illik müqavilə imzaladım və yeni mövsümdə də bu komandada işləyəcəm.
Lakin gələcəkdə Azərbaycan və Türkiyədə işləmək, təcrübə toplamaq istəyərdim.
Zaman olacaq. İndi isə “Tirana”dakı işimə konsentrasiya olacam, heç yerə getməyəcəm".
"Skenderbeu" və "Kukesi"də çalışdıqdan sonra 2021-ci ildə "Tirana"ya keçmiş Şehi ötən mövsüm adıçəkilən komandaya çempionluq yaşatmışdı.