Ultimate Fighting Championship (UFC) turnirlərində yüngül çəkidə çempion olan braziliyalı Amanda Nunyes karyerasını başa vurduğunu açıqlayıb.
Bazar günü o, Vankuverdə (Kanada) keçirilən 289-cu UFC turnirinin əsas yarışında meksikalı İrene Aldananı məğlub edib. Nunyesin qələbəsi yekdil qərarla verilib.
Döyüşdən dərhal sonra 35 yaşlı Amanda “Bu gecə ayrılmaq üçün heyrətamiz bir gecədir”, - deyərək əlcəklərini iki çempionluq kəmərinin yanına asıb.
Qeyd edək ki, qarışıq döyüş sahəsində Nunyesin 23 qələbə və 5 məğlubiyyəti var. Çəki dərəcələrindən asılı olmayaraq o, liqanın ən yaxşı idmançısıdır.