Çinə İspaniya pasportu ilə daxil olmağa çalışan argentinalı hücumçu Lionel Messi Pekin aeroportunda saxlanılıb.
"Qafqazinfo" xəbər verir ki, buna səbəb Çinin İspaniya vətəndaşları üçün viza tələb etməsi olub.
Qeyd edə ki, futbolçu bir neçə gün əvvəl ABŞ-nin “İnter Mayami” futbol klubu ilə müqavilə imzaladığını açıqlayıb. Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, klubda hər ilinə 50 milyon avro maaş alacaq.