Bu gün İstanbulda Çempionlar Liqasının final oyunu keçiriləcək

 

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/23 mövsümünün final oyunu keçiriləcək.

BAKU.WS xəbər verir ki, Türkiyənin İstanbul şəhərində, Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada İngiltərə təmsilçisi "Mançester Siti" və İtaliyanın "İnter" komandası üz-üzə gələcək. 

Qarşılaşmanı polşalı hakim Şimon Marçiniak idarə edəcək.

UEFA Atatürk Olimpiya Stadionunda keçiriləcək finalı təxminən 72 min azarkeşin canlı izləyəcəyini açıqlayıb.

Həlledici oyun bu gün, Bakı vaxtilə saat 23:00-da oynanılacaq. 

Qeyd edək ki, Çempionlar Liqasının hələlik son qalibi İspaniyanın “Real Madrid” klubudur.

0.15801787376404