Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, 38 yaşlı qrossmeyster sonuncu - IX turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəlib. Görüş 36-cı gedişdə heç-heçə ilə yekunlaşdığından armageddon oynanılıb. Burada daha dəqiq oynayan Giri Azərbaycan təmsilçisini məğlub edib.
Beləliklə, Şəhriyar Məmmədyarov turniri 11 xalla 7-ci pillədə başa vurub.