"Şalke" o şirkətlə əməkdaşlıqdan imtina etdi - SƏBƏB

 

Almaniyanın "Şalke" klubu yeni titul sponsorluğu üçün danışıqlar apardığı "Deutschland GmbH" şirkəti ilə əməkdaşlıqdan imtina edib.

Demokratikmusavat.com xəbər verir ki, buna sözügedən kompaniyanın Rusiya ilə bağlılığı səbəb olub.

İddiaya görə, "Hydrogen Deutschland GmbH" Gelzenkirhen təmsilçisinə növbəti üç il ərzində ümumilikdə 21 milyon avro ayırmağa razılıq vermişdi. Lakin şirkətin strukturunda bəzi qeyri-adekvat elementlərin olması səbəbindən "Şalke" rəhbərliyi işbirliyindən imtina edib.

Klub vəziyyəti şərh etməsə də, yerli mətbuat bunu 2021-ci ildə yaradılan şirkətin idarəçiliyində iki Rusiya vətəndaşının olması ilə əlaqələndirir.

Qeyd edək ki, "Şalke" 2022-ci ilin fevralında Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığı vaxtından əvvəl dayandırıb.

0.1708390712738